Rusiyada 41 meşə yanğını söndürülüb

26 İyul 2022 08:18

Rusiyada ötən sutka ərzində 1 974 hektar ərazidə 44 meşə yanğını söndürülüb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Meşələrin Mühafizəsi üzrə Federal Agentlik məlumat verib.

Son saata olan məlumata görə, Federasiya ərazisində 38 946 hektar sahədə 113 aktiv meşə yanğını davam edir. Ən ağır vəziyyət Xabarovsk vilayətindədir.

Milli.Az