Texas aeroportunda atışma baş verib

26 İyul 2022 09:00

ABŞ-ın Texas şəhərinin aeroportunda qadın odlu silahdan atəş açıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmasa da, sərnişinlər arasında çaxnaşma yaranıb.

Aeroportun təhlükəsizlik xidmətinin əməkdaşları qadını ayağına atəş açaraq zərərsizləşdiriblər. O, yaralı halda xəstəxanaya aparılıb.

Yerli medianın xəbərinə görə, sərnişinlər aerovağzal binasını tərk etmək istədikləri üçün sıxlıq yaranıb. Uçuşlar müvəqqəti təxirə salınıb.

Milli.Az