"Sürix" oyun üslubuna görə bizə uyğun olmayan rəqibdir. Hər bir halda Bakıda rəqibi daha yaxından tanıdıq. Səfərə böyük ümidlə gedirik".
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sürix"ə qarşı keçiriləcək cavab oyunu üçün İsveçrəyə yollanarkən Heydər Əliyev adına hava limanında jurnalistlərə açıqlamasında deyib.
50 yaşlı mütəxəssis cavab qarşılaşması öncəsi komandasının hazırlığından danışıb: "Bu komandaya qarşı sona kimi yaxşı mübarizə aparıb, ağıllı oyun qurmaq istəyirik. Ola bilər ki, risklərə gedək. Hər bir halda komandamın durumu pis deyil. Hazırlığımız yaxşı səviyyədədir. Oyuna iki günümüz qalıb. Onu da daha çox taktiki, texniki çalışmalara ayıracağıq".
Qeyd edək ki, iyulun 27-də keçiriləcək "Sürix" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıda keçirilən ilk görüşdə "Qarabağ" 3:2 hesablı qələbə qazanıb.
Milli.Az