Ermənistan ordusunun əsgəri yandı

25 İyul 2022 22:11

Ermənistan ordusunun əsgəri yanıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, hərbi hissələrdən birində baş vermiş hadisə ilə bağlı ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müqaviləli əsgər vaqon-evdə baş vermiş yanğını söndürmək istəyərkən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti son dərəcə ağırdır.

Milli.Az