Ukraynada vurulan PUA-nın qırıqları bir nəfəri öldürüb, 5 nəfərə xəsarət yetirib

25 İyul 2022 22:04

Ukraynanın Volın vilayətində Rusiyaya məxsus PUA vurulub.

Milli.Az APA-ya istinadən bildirir ki, Ukrayna HHQ tərəfindən vurulmuş aparatın qırıqları yaşayış evinin üstünə düşüb. Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Onlardan üçü uşaqdır. Hazırda yaralılardan ikisi xəstəxanada stasionar müalicə alır.

Bu gün Volın vilayətində Rusiyaya məxsus daha bir PUA yaşayış məntəqələrindən kənarda vurulub.

Milli.Az