Avropa İttifaqı Ukraynaya 1 milyard 590 milyon avro yardım edilməsini təsdiqləyib.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Lyayen, Rusiya-Ukrayna müharibəsində Ukrayna iqtisadiyyatına kömək etmək üçün hazırlanan maliyyə dəstəyi paketi haqda sosial media hesabında paylaşım edib.
Von der Lyayen, yardım paketinin Avropa İnvestisiya Bankı (EIB) tərəfindən təsdiqləndiyini bildirib.
Milli.Az