Türkiyə hərbi bazasına raket atıldı

25 İyul 2022 20:30

Mosulun şimal-şərqindəki Başik bölgəsində Türkiyə hərbi bazası yaxınlığına raket atılıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, mərkəz Nineva yaxınlığında türk hərbçilərinin yerləşdiyi Zelikan düşərgəsinə "Katyuşa" raketinin atıldığı bildirilib.

Hücum nəticəsində xəsarət alan olmayıb.

Milli.Az