Türkiyə-Ermənistan sərhədində partlayış - Yaralı var

25 İyul 2022 15:58

Türkiyə-Ermənistan sərhədində aparılan minatəmizləmə əməliyyatı zamanı mina partlayışı baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "karsguncel.com" saytı məlumat yayıb.

Bildirilib ki, Qarsın Arpaçay bölgəsində mina partlayıb, bir nəfər xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Milli.Az