Rusiyada “avtoşluq” edən bloqerlər qəzaya düşdülər - VİDEO

25 İyul 2022 17:32

Rusiyanın Yaroslavl şəhərində treş-strimmerlər video çəkərkən qəzaya düşüblər. Belə ki, yüksək sürətlə hərəkət edən avtomobil döngədə nəzarətdən çıxıb və dayanacağa çırpılıb, sonra isə aşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, avtomobildə dörd nəfər olub. Yaralılardan ikisi xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Bir sərnişinə isə yerindəcə tibbi yardım göstərilib.

Sürücü hadisə yerindən qaçıb.

Milli.Az