"Real" "Hetafe" ilə razılığa gəldi

25 İyul 2022 10:40

"Real" hücumçusu Borxa Mayoralı "Hetafe"yə satacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klublar 25 yaşlı oyunçunun transferi ilə bağlı razılığa gəliblər. "Hetafe" bu transfer üçün "Real"a 10 milyon avro ödəyəcək. Mayoral 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, ispan futbolçu 2021/22 mövsümündə icarə əsasında "Hetafe"də oynayıb.

Milli.Az