Müğənni Aysel Əlizadə yay istirahətinə yollanıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi dincəlmək üçün Kapadokiyanı seçib. Aysel gəzintidən şəkillərini sosial şəbəkədə yayımlayaraq bunları qeyd edib:
"Hər şeyin gözəl olacağına inanmaq istəyirəm. Yorulsam da, bəzi yerlərdə səndəlləsəm də, o yolda gəzmək və o yolu gözəlləşdirmək üçün əlimdən gələn hər şeyi edərkən görürəm özümü. İnsanın içində hər zaman gizli bir gücü var imiş, ortaya çıxandan sonra fərqinə varırsan".
Milli.Az