Xavi Messini geri qaytarmaq istəyir

25 İyul 2022 08:59

İspaniyanın "Barselona" klubunun baş məşqçisi Xavi klub prezidenti Joan Laportadan argentinalı futbolçu Lionel Messini transfer etmək imkanını araşdırmasını istəyib. Hazırda L.Messi Fransanın "Pari Sen-Jermen" klubunda oynayır.

Trend-in məlumatına görə, bu barədə "sport.es" internet portalı bildirib.

Xavinin Laportadan 2023/24 mövsümündən əvvəl yay transfer pəncərəsində L.Messinin "Barselona"ya qaytarmağını düşünməyi xahiş etdiyi bildirilib.

Məlumata əsasən, Xavi əmindir ki, L.Messinin qayıdışı "Barselona"ya böhrandan çıxmağa və nəticələri yaxşılaşdırmağa kömək edəcək.

Milli.Az