Nərmin nişanlısı ilə FOTOsunu paylaşdı

25 İyul 2022 07:55

Bir müddət əvvəl evlənəcəyi ilə bağlı barmağına taxdığı brilyant qaşlı nişan üzüyünü nümayiş etdirən İTV-nin xəbər aparıcısı Nərmin Salmanova gələcək həyat yoldaşının fotosunu paylaşıb.

Milli.Az bizim.media-ya istinadən bildriir ki, aparıcı nişanlısı Arif Salahovla məclislərin birində çəkdirdiyi fotosunu sosial şəbəkə hesabında yayımlayıb.

Qeyd edək ki, N.Salmanova builki "Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsində səsləri elan edəcəkdi, lakin yarışma zamanı baş verən texniki problemlər ucbatından onun canlı yayıma çıxması mümkün olmayıb.

Milli.Az