Bu ölkədə ABŞ-ın hava radarları quraşdırılacaq

24 İyul 2022 23:36

İraqda ABŞ-ın hava radarları quraşdırılacaq.

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə İraqın müdafiə naziri Cuma İnada bildirib.

Onun sözlərinə görə, yaxın və orta mənzilli hədəflərin aşkarlanması üçün radar sisteminin tədarükü üçün müqavilə imzalanacaq.

ABŞ-ın qabaqcıl erkən xəbərdarlıq radarları ən qısa zamanda İraqa çatdırılacaq.

İnada əlavə edib ki, hava hücumundan müdafiə komandanlığı mərkəzi yeni radar sisteminə qoşulacaq.

Qeyd edək ki, iki yüksək aşkaredici radar artıq ölkəyə gətirilib, onlar Ənbar və Qadisiya əyalətlərində yerləşdiriləcək. ABŞ-ın daha bir neçə radar sistemi Neynəva, Bəsrə və Kərkük əyalətlərində quraşdırılacaq.

Milli.Az