Rusiya Qərbdən sanksiyaların ləğvini tələb etmir

24 İyul 2022 20:25

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Qərbdən sanksiyaların ləğvini tələb etmir.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə o, Qahirədə Misirin xarici işlər naziri Sameh Şükri ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib. 

"Biz sanksiyaların ləğvini tələb etmirik - bunlar xüsusi diqqət tələb edən problemlərdir", - Lavrov qeyd edib.

Onun sözlərinə görə, Rusiya indi sadəcə olaraq, "danışıqlar apara bilmədiyini bir daha sübut edənlərə deyil, etibarlı tərəfdaşlara arxalanaraq" öz iqtisadiyyatını inkişaf etdirəcək.

"Ərzaq məsələsinə gəlincə, burada bizim qərbli həmkarlarımız özlərinin yaratdığı maneələri aradan qaldırmalıdırlar", - diplomat əlavə edib. 

Milli.Az