Ərdoğan Mirziyoyevlə danışdı

24 İyul 2022 20:11

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsindən bildirilib.

Məlumata əsasən, dövlət başçıları Türkiyə-Özbəkistan münasibətlərini və regional gündəmdəki məsələləri müzakirə ediblər.

Həmçinin R.T.Ərdoğan Ş.Mirziyoyevi ad günü münasibətilə təbrik edib.

Milli.Az