"Təhsil sistemimiz xəstədir"

24 İyul 2022 19:57

ABŞ-ın keçmiş prezidenti Donald Tramp mühafizəkar gəncləri təhsildə radikal LGBT quruluşu ilə mübarizə aparmağa çağırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, o, belə bir mesajla "Turning Point Action" təşkilatının iştirakçılarına müraciət edib.

"Təhsil sistemimiz xəstədir. Məktəblərdə ibadət etmək qadağandır, lakin dreq-şoulara icazə verilir. İndi siz uşaqlara Müqəddəs Kitabı öyrədə bilməzsiniz, ancaq onlara kişilərin hamilə qala biləcəyini öyrədirsiniz" deyə Tramp bildirib.

Qeyd edək ki, 2021-ci ilin dekabrında ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərindəki dövlət məktəbləri oğlan və qızlar üçün tualetləri ləğv edib, əvəzində "uşaqların cinsi kimliyinə uyğun gələn" tualetlər yaradıb.

Milli.Az