"Kendal erməni" kod adlı terrorçu zərərsizləşdirildi

24 İyul 2022 11:15

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın şimalında xüsusi əməliyyat keçirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, xüsusi əməliyyat zamanı YPG (PKK terror qruplaşmasının Suriya qolu) terrorçusu "Kendal erməni" kod adlı Şahin Tekintanğaç zərərsizləşdirilib.

Bildirilir ki, Ş.Tekintanğaç Suriyanın şimalındakı Ayn əl-Ərəb (Kobani) bölgəsində YPG/PKK-nın cinayətkar fəaliyyətlərində iştirak edib.

Qeyd edilib ki, Ş.Tekintanğac daha əvvəl Türkiyənin Ağrı, Qars, Van, Bingöl və Bitlis əyalətlərində YPG/PKK fəaliyyətlərində iştirak edib və terror aktlarının təşkilində şəxsən iştirak edib.

Milli.Az