Qazaxıstan prezidenti Səudiyyə Ərəbistanına səfərə gedib

23 İyul 2022 23:39

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  bu barədə Qazaxıstan Prezidentinin Administrasiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, səfər İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun dəvəti əsasında baş tutub.

Səfər çərçivəsində Tokayev Səudiyyə rəsmiləri və iş adamları ilə görüşlər keçirəcək.

Milli.Az