Çində mədən çökdü - ölənlər var

23 İyul 2022 22:18

Çinin Qansu əyalətində çökən mədəndə xilasetmə işləri başa çatıb.

Şaxtaçılar mədəndə hərəkət edərkən uçqun baş verib və 17 nəfər yerin altında qalıb.

Xilasedicilər 10 nəfərin cəsədini dağıntılar altından çıxarıb. Qəzadan sağ çıxan 7 nəfərə yerində tibbi yardım göstərilib.

Qəzanın səbəbləri araşdırılır.

Milli.Az