Almaniyada parlament binası üzərində LGBT bayrağı asıldı

23 İyul 2022 21:24

İyulun 23-də Almaniyanın paytaxtı Berlində keçirilən gey-paradın şərəfinə ilk dəfə olaraq parlament binasının - Bundestaqın üzərində LGBT bayrağı dalğalandırılıb.

Bayraq səhər saatlarından Bundestaq binasının cənub-qərb qülləsində yerləşdirilib.

Şərq və qərb tərəflərində daha iki bayraq qaldırılıb.

Qeyd edək ki, 2022-ci ilin aprelində Almaniya Daxili İşlər Nazirliyi LGBT icmasının bayrağının dövlət qurumlarının qarşısında və ya üzərində qaldırılmasına rəsmən icazə verib.

Milli.Az