IMAX Rusiyanı tərk etdi

23 İyul 2022 19:04

IMAX korporasiyası Rusiyanı tərk edib.

Bu barədə Rusiyanın Kinoteatrlar Sahibləri Assosiasiyasından bildirilib.

Qeyd olunub ki, eyniadlı kinematoqrafiya sistemlərini təmsil edən korporasiya mayın 31-dən fəaliyyətini dayandırıb.

Korporasiyanın Şərqi Avropa, Hindistan və Yaxın Şərq üzrə vitse-prezidenti Moskvadakı ofisini Londona dəyişib.

Milli.Az