Xalq artisti Ramiz Mirişlinin 90 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO

27 May 2024 23:05

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında görkəmli bəstəkar, Xalq artisti Ramiz
Mirişlinin 90 illiyinə həsr olunmuş tədbir keçirilib.

Konsertdən əvvəl musiqişünas Güllü Ismayılova bəstəkarın həyat və yaradıcılığı haqqında danışıb. Çıxışdan sonra tədbir konsert proqramı ilə davam edib. Proqramda teatrın solistləri, Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Heydər Anatollu, müğənnilər Ayşən Mehdiyeva, Fəxri Kazım-Nicat, Aynur Isgəndərli, Rövşən Qəhramanov çıxış ediblər. İfaçıları Dövlət Mahnı Teatrının instrumental ansamblı müşayiət edib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az