Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynadan taxılın ixracı üzrə sazişin imzalanmasını, eyni zamanda, Türkiyənin və BMT-nin uğurlu vasitəçilik səylərini alqışlayır.
Milli.Az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, bu, qlobal ərzaq təhlükəsizliyi üçün mühüm addımdır.
"Biz sazişin tezliklə həyata keçirilməsini gözləyirik", - qeyd olunub.
Milli.Az