Bekhemin oğlu arvadının soyadını sinəsinə yazdırdı - FOTO

23 İyul 2022 10:45

Devid və Viktoriya Bekhemin böyük oğlu, 23 yaşlı Bruklin sinəsinə həyat yoldaşı Nikola Peltsin soyadını yazdırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ərinin yeni döyməsini Pelts sosial şəbəkələrdə paylaşıb.

Qeyd edək ki, Bruklinin bədənində həyat yoldaşının şərəfinə daha altı döymə var. Cütlük aprelin 9-da ailə qurub.

Milli.Az