Tofiq Musayev 27 saniyəyə qələbə qazandı - VIDEO - FOTO

23 İyul 2022 08:54

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev dünyanın ən məşhur turnirlərindən biri olan "Bellator"da döyüşə çıxıb.

Vaşinqtonda rinqə çıxan idmançımızın rəqibi amerikalı məşhur döyüşçü Sidney Outlav olub.

Tofiq Musayev elə ilk raundda rəqibini nokauta göndərməyi bacarıb. Görüş cəmi 27 saniyə çəkib.

Milli.Az