Braziliya Rusiya əleyhinə sanksiyalara qoşulmaq niyyətində deyil

23 İyul 2022 08:52

Braziliya prezidenti Jair Bolsonaro ölkəsinin Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını bildirib.

"Biz bu iqtisadi sanksiyaları dəstəkləməyəcəyik, tarazlığı qoruyacağıq. Əgər biz bunu balanslaşdırmasaydıq, sizcə, Braziliyanın ehtiyac duyduğu gübrəni necə əldə edə bilərdik?", - Bolsonaro əlavə edib.

Onun sözlərinə görə, Braziliya hakimiyyəti indi bəzi ölkələrlə dizel yanacağının endirimlə alınması ilə bağlı danışıqlar aparır. Lakin o, ölkələrin adını açıqlamayıb.

Milli.Az