Müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ! - MİQ-in təkrar imtahanının vaxtı MÜƏYYƏNLƏŞDİ

23 İyul 2022 20:00

2022-2023-cü tədris ili üçün Müəllimlərin İşə Qəbulu üzrə müsabiqəsində riyaziyyat fənnindən əlavə test imtahanı iyulun 25-də keçiriləcək.

Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib. İmtahanla bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi vaxt və məkanla tanış ola bilərlər.

Milli.Az