40 yaşlı qadın naməlum şəraitdə itkin düşdü

23 İyul 2022 08:40

Lənkəranda 40 yaşlı qadın naməlum şəraitdə itkin düşüb.

Hadisə Tükəvilə kəndində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü İbrahimova Fəxriyyə Söhbət qızının axtarışlarının aparılması üçün Fövqəladə Hallar Nazirliyinə müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin müvafiq strukturları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Milli.Az