ABŞ Ukraynaya qırıcı təyyarələr vermir.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə Pentaqonun sözçüsü bildirib.
Qeyd olunub ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinin təyyarələri üçün ehtiyat hissələri ilə verir.
"Biz Ukraynaya ehtiyat hissələri və digər avadanlıqları təhvil verdik ki, o, öz təyyarəsini daha effektiv saxlasın. Biz qırıcıları göndərməmişik. "Biz diqqətimizi pilotsuz uçuş aparatlarına yönəltmişik",- deyə Pentaqonun sözçüsü bildirib.
Xatırladaq ki, cümə günü Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın Ukraynanı döyüş təyyarələri ilə təmin etmək imkanını nəzərdən keçirməyə başladığını bildirib.
Milli.Az