Zelenski hər gün nə qədər hərbçi itirdiklərini elan etdi

22 İyul 2022 22:28

"Müharibədə hər gün təxminən 30 ukraynalı hərbçi vəfat edir, 250 nəfər yaralanır".

Milli.Az "report"a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski "The Wall Street Journal"a müsahibəsində deyib.

Nəşrin məlumatına görə, o, Ukraynanın itkilərinin gündə 30 nəfərə qədər azaldığını, təxminən 250 nəfərin yaralandığını, may və iyun aylarında isə Ukrayna hərbçilərinin itkisinin 100-dən 200 nəfərə qədər olduğunu iddia edib.

Milli.Az