Hollivudun ən çox qazanan aktrisası Marqo oldu - FOTO

22 İyul 2022 20:30

Avstraliyalı aktrisa Marqo Robbi Hollivudun ən çox gəlir əldə edən qadın ulduzu olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Daily Mail" yayıb. 

Məlumata görə, 32 yaşlı aktrisa "Barbi" filmindəki roluna görə 12,5 milyon dollar gəlir əldə edib. Sözügedən filmin premyerası 2023-cü ilin iyunun 21-nə planlaşdırılır. Bununla yanaşı, filmin süjeti gizli saxlanılır. 

Məşhur aktrisanın bundan əvvəlki qonorarı 10 milyon dollar təşkil edib. M. Robbi bu qonorarı "Vəhşi quşlar" filmində Harli Kvinn roluna görə qazanmışdı.

Milli.Az