Türkiyədə İsrail vətəndaşlarına qarşı sui-qəsd, 3 iranlı həbs edilib

22 İyul 2022 15:07

İstanbul Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən Türkiyədə İsrail vətəndaşlarına qarşı sui-qəsd törədilməsi təhlükəsi ilə bağlı "hərbi və ya siyasi casusluq" istintaqı üzrə əməliyyatlar davam edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə NTV kanalı məlumat yayıb. Qeyd olunub ki, istintaq çərçivəsində ikinci əməliyyat keçirilib.

Polis tərəfindən aparılan əməliyyatlar nəticəsində üç İran vətəndaşı iyulun 21-də həbs edilib.

Milli.Az