Xersondan sonra Ukrayna ordusu Krıma daxil olacaq

22 İyul 2022 18:30

Xerson ruslardan azad edildikdən sonra Ukrayna ordusunun Krıma daxil olacağı ehtimal edilir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu fikri hərbi ekspert Oleq Jdanov deyib.

Onun sözlərinə görə, bunun üçün çoxlu qüvvələr tələb olunacaq - Ukrayna qoşunlarının bir hissəsi şərqə, digər bölmələr isə yarımadaya gedə bilər:

"Əsgərlərin sayı o qədər də çox deyil. Amma qruplaşmanı iki istiqamətə bölmək məcburiyyətindəyiksə - qüvvələrin bir hissəsi Krıma daxil olsa, digəri Donetsk vilayətindən rus qoşunlarının hücumunu dayandırmalı olacaq".

Milli.Az