Bağını satıb bahalı maşın alıb - VİDEO

22 İyul 2022 14:00

Əməkdar artist Cavanşir Məmmədov bağ evini satdığını açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Həmin Zaur" proqramında danışıb. O bildirib ki, maşın almaq üçün bağ evini satıb:

"Tikinti ilə aram yoxdur. O vaxt bağım var idi, satdım. Üstünə də bir az qoyub "Rolls-Royce" avtomobili aldım. Bağı 1996-ci ildə almışdım. Amma heç on beş dəfə ora getməmişdim".

Milli.Az