Keçmiş həyat yoldaşı Depdən əl çəkmir

22 İyul 2022 20:52

Hollivud aktyoru Conni Deppin keçmiş həyat yoldaşı, aktrisa Ember Hördün vəkilləri Virciniya məhkəməsinin qərarından yeni apellyasiya şikayəti verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müdafiə tərəfi hesab edir ki, məhkəmə səhv edib.

Qeyd edək ki, məhkəmə aktrisanı Depə böhtan atmaqda təqsirli bilib. İyulun 14-də 36 yaşlı Hördün ilk apellyasiya şikayəti də rədd edilib.

İndi o, qərardan bir daha şikayət etmək fikrinə düşüb.

Milli.Az