Mərkəzi Bankın yeni baş direktoru bu xanım oldu

22 İyul 2022 11:32

Azərbaycan Mərkəzi Bankında (AMB) baş direktor vəzifəsinə təyinat olub.

Milli.Az xəbər verir ki, AMB-nin sədri Taleh Kazımovun 20 iyul 2022-ci il tarixli əmri ilə Gülər Azər qızı Paşayeva sözügedən vəzifəyə təyin edilib.

O, tənzimləyici qurumun komandasına bu il iyunun 1-dən qoşulub və sədrin müşaviri vəzifəsində çalışıb.

Gülər Paşayeva daha əvvəl "Paşa Bank"da çalışıb.

Milli.Az