Riki Martin məhkəmədə bacısı oğluna qalib gəldi

22 İyul 2022 11:30

Puerto-rikalı məşhur müğənni Riki Martin cinsi qısnama ittihamı ilə bağlı məhkəmə prosesi baş tutub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı "TMZ" yayıb. 

Məlumata görə, ulduz müğənni məhkəmədə qalib gəlib.

Xatırladaq ki, iyulun əvvəli Riki Martinin bacısı oğlu Dennis Yadiel Sançes pop ulduzu fiziki zorakılıqda ittiham edib. 21 yaşlı Dennis Yadiel Sançesin sözlərinə görə, müğənni dayısı tərəfindən psixoloji və fiziki zorakılığa məruz qalıb. O, bildirib ki, dayısı ilə münasibətləri təqribən 7 ay davam edib.

Milli.Az