Qusarda ağacdan ərik yığan qız kanala düşərək boğulub

22 İyul 2022 11:15

Qusarda qız kanala düşüb.

Milli.Az xəbər verir ki, hadisə rayonun Balaqusar kəndində qeydə alınıb.

Kənd sakini Qızxanım Əmiraslanova evlərinin qarşısından keçən kanalın yaxınlığındakı ağacdan ərik yığarkən kanala düşüb.

Onun meyiti evlərindən 400 metr aralıda aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az