Beyləqanda 3 yaşlı qız hovuzda boğularaq ölüb

22 İyul 2022 10:15

Beyləqanda 3 yaşlı qız hovuzda boğulub.

Milli.Az xəbər verir ki, hadisə rayonun İkinci Şahsevən kəndində qeydə alınıb.

2019-cu il təvəllüdlü Azadlı Nərgiz Alı qızı yaşadığı evin həyətində yerləşən hovuza düşərək boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az