"Rusiya kəşfiyyatçılarının yarısı Avropadan qovulub" - Britaniya kəşfiyyatı

22 İyul 2022 09:52

"Ukraynada müharibə başlayandan bəri Rusiya kəşfiyyatçılarının yarısı Avropa ölkələrindən çıxarılıb".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Xarici kəşfiyyat idarəsinin (Mİ-6) başçısı Riçard Mur bildirib.

"Avropa ölkələrində diplomat adı altında fəlaiyyət göstərən Rusiyanın 400-ə yaxın kəşfiyyatçısı həmin dövlətlərdən qovulub. Böyük ehtimalla bu, onların Avropada casus fəaliyyətini iki dəfə azaldıb", - o bildirib.

Milli.Az