Bakıda Mercedes yandı

21 İyul 2022 23:46

Bakıda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, paytaxtın Nizami rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az