Şəmkirdə 20 yaşlı gənc bıçaqlanıb

21 İyul 2022 23:16

Şəmkirdə bıçaqlanma hadisəsi olub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü E.Əliyev mübahisə zəminində bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

E.Əliyevin kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az