Vətən müharibəsi iştirakçısı intihara cəhd etdi

21 İyul 2022 21:53

Ağdaş rayon sakininin dərman həbləri qəbul edərək intihara cəhd etməsi faktı araşdırılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilir ki, Vətən müharibəsi iştirakçısı 1987-ci il təvəllüdlü, Ağdaş rayon Nehrəxəlil kənd sakini Vüsal Məmmədovun dərman həbləri qəbul edərək intihara cəhd etməsi faktı ilə bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az