Hindistanda qadın prezident seçilib

21 İyul 2022 20:24

Hindistanda növbəti prezident seçkiləri keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, parlamentdə səsvermə zamanı Draupadi Murmu deputatların yarıdan çoxunun səsini toplayaraq dövlət başçısı seçilib. Nəticələri artıq Seçki Komissiyası da təsdiq edib.

Qeyd edək ki, 64 yaşlı Draupadi Murmu Hindistanın ikinci qadın prezidentidir.

Milli.Az