Mobil telefon aşkarlanan 9 nəfərin imtahan nəticəsi ləğv olunub

21 İyul 2022 14:22

Bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 9 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Bu barədə Milli.Az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunur və müsabiqəyə buraxılmırlar.

Milli.Az