Çavuşoğlu İraqın ittihamlarına cavab verib: "Dinc sakinlərə atəş açmamışıq"

21 İyul 2022 12:07

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Silahlı Qüvvələrinin İraqda guya dinc sakinləri atəşə tutmasına dair yayılan məlumatlara münasibət bildirib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, o, belə informasiyaların həqiqət olmadığını söyləyib.

"Türkiyə Silahlı Qüvvələrindən aldığımız bilgiyə görə, İraqın Duhok bölgəsində dinc sakinlərə qarşı hər hansısa hücumumuz olmayıb", - XİN başçısı vurğulayıb.

Xatırladaq ki, rəsmi Bağdad İraqın Duhokun dağlıq ərazisində baş verən hadisə ilə əlaqədar Türkiyədəki səfirini geri çağırıb.

Milli.Az