Belarusdan Ukraynaya iki real təhlükə var

21 İyul 2022 17:45

Bu gün Ukrayna üçün Belarusdan iki təhlükə var.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu açıqlama ilə ukraynalı hərbi ekspert Oleq Jdanov çıxış edib.

Onun sözlərinə görə, qonşu respublikanın qoşunları hazırda zərbə qüvvəsi formalaşdırmır, döyüş növbətçiliyindədir:

"Altı batalyon-taktiki qrup var, onlar Polesski və Volın istiqamətlərində yerləşir. Yeri gəlmişkən, iyulun 20-də bu istiqamətlərdə qoşunların rotasiyası başa çatıb. Yəni bəziləri gəldi, bəziləri getdi. Həm də belaruslar daim təlim keçirlər, amma bizim kəşfiyyatımız Ukrayna ərazisinə daxil olmaq üçün qüvvələrin formalaşmasını müşahidə etmir. Belarusdan 2 real təhlükə var - sərhəddə yerləşdirilən "İsgəndər" kompleksləri və hazırda Belarus təyyarələrində təlim uçuşları həyata keçirən rus pilotları".

Milli.Az