Azərbaycan gimnastları Fransada Qran-pri turnirində iştirak edirlər

31 Mart 2012 22:47
Bu gün Fransanın Tye şəhərində bədii gimnastika üzrə ənənəvi Qran-pri turniri başlanır.

AzərTAc Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Fransada Azərbaycanı yığma komandamızın lideri Aliyə Qarayeva, habelə Səbinə Abbasova, Aynur Cabbarlı, Aelita Xələfova, İradə Əhədzadə, Siyana Vasileva Aliyə Paşayevadan ibarət böyüklərin qrup komandası təmsil edəcəkdir.

Gimnastlar baş məşqçi Mariana Vasilevanın və məşqçi Dinara Gimatovanın rəhbərliyi altında çıxış edəcəklər. Hakimlər korpusunda Azərbaycanı Natalya Bulanova təmsil edir. Yarışlar aprelin 1-də başa çatacaqdır.

Milli.Az