Bakıda CAR vətəndaşı hoteldə ölü tapılıb

21 İyul 2022 09:52

Bakıda əcnəbi vətəndaş hoteldə ölüb.

Milli.Az xəbər verir ki, Səbail rayonu, Salyan şossesində yerləşən "Crescent beach" otelində 1975-ci il təvəllüdlü, Cənubi Afrika Respublikası (CAR) vətəndaşı Robert Labuschangne ölüb.

Onun meyitinin üzərində hər hansı bir zorakılıq əlaməti aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az